“Neftçi” yerində sayır
10.11.2012 - 12:44
“Neftçi” yerində sayır
UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 450 komandanın yer aldığı cədvəldə təmsilçilərimizdən ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Ötən ayla müqayisədə 4 pillə geriləyən ağdamlılar 5.608 xalla 227-ci yerdədi.

“Bakı” 3.858 balla 269-cu, Avroliqadakı təmsilçimiz “Neftçi” 3.608 balla 285-ci, “İnter” 3.358 balla 296-cı, “Xəzər Lənkəran” 2.858 xalla 326-cı, AZAL və “Simurq” 1.858 balla müvafiq olaraq 376 və 377-ci yeri tutur.

“Qarabağ” istisna olmaqla, digər klublarımızın ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb.

Xatırladaq ki, UEFA klub komandaları arasındakı reytinqi onların son beş ildə qitə miqyaslı yarışlardakı göstəricilərinə görə hazırlayıb.

Reyqinqdə birinci yerdə “Barselona”, ikinci yerdə “Mançester Yunayted”, üçüncü pillədə isə “Bavariya” gedir.