“Xəzər Lənkəran” yeni baş məşqçisinə viza açdırdı
10.11.2012 - 14:22
“Xəzər Lənkəran” yeni baş məşqçisinə viza açdırdı
Yunis Hüseynovun istefaya göndərilməsindən sonra baş məşqçi axtarışına çıxan “Xəzər Lənkəran” boş qalan posta əcnəbi mütəxəssis gətirir. Apasport.az saytının xəbərinə görə, yaxın 2-3 gün ərzində “ağ-yaşıllar”ın “sükanı arxası”na keçən çalışdırıcının adı bəlli olacaq.

Cənub təmsilçisi Portuqaliya, İspaniya və Ukraynadan olan mütəxəssislərlə danışıqlar aparır ki, çox güman sonda seçim ispaniyalıya veriləcək.

Əldə etdiyimiz məlumata görə, həmin çalışdırıcı üçün artıq Azərbaycana viza açılıb və yaxın günlərdə ölkəmizdə olacaq.