Azər Məmmədov: “Qəbələ” ilə oyuna səylə hazırlaşırıq
10.11.2012 - 14:50
Azər Məmmədov: “Qəbələ” ilə oyuna səylə hazırlaşırıq
“Kəpəz”in futbolçusu Azər Məmmədov məşq prosesindən danışıb. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin kapitanı klubun rəsmi saytına qısa açıqlama verib: “Bildiyiniz kimi milli komandamızın oyunu ilə çempionatda uzun fasilə yaranıb.Buna görə bizi 3 gün evə buraxmışdılar. Artıq məşqlərə başlamışıq. İlk məşqimiz yüngül keçdi. Həm qaçdıq, həm də topla məşq etdik. “Qəbələ” ilə oyuna səylə hazırlaşırıq”.

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” matçı noyabrın 19-da olacaq.