AZAL-ın futbolçusu Ermənistana gedir
10.11.2012 - 15:06
AZAL-ın futbolçusu Ermənistana gedir
AZAL klubunun futbolçusu Andryus Veliçka Ermənistana gedəcək. Lent.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Litva millisinin heyətində İrəvana yollanacaq.

O, noyabrın 14-də iki ölkə yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb. Baş məşqçi Şaba Laslo bu qarşılaşmaya Azərbaycan çempionatında çıxış edən futbolçulardan yalnız Veliçkanı çağırıb.