Millimizə qarşı oynayacaq futbolçu Ermənistan yığmasına çağırıldı
10.11.2012 - 16:55
Millimizə qarşı oynayacaq futbolçu Ermənistan yığmasına çağırıldı
“Şerif”in 20 yaşlı yarımmüdafiəçisi Artyom Xaçaturov Ermənistan yığmasına çağırılıb. Apasport.az saytının Moldova mətbuatına istinadən verdiyi xəbərə görə, noyabrın 14-də Moldova U-21-i ilə millimizə qarşı oynayacaq futbolçuya eyni zamanda tarixi vətənindən də təklif gəlib.

Belə ki, Ermənistan yığmasının baş məşqçisi Vardar Minasyan çoxdandı futbolçunun millidə oynamaq istəyini reallaşdırmağa çalışıb və onu Litva ilə yoldaşlıq oyununa çağırıb. Vaxtilə türklərin yaşadığı Bəndər şəhərində doğulan futbolçunun bədnam qonşularımızın xeyrinə qərar verəcəyi istisna olunmur.