Azərbaycan futbolunda biabırçılıq!
10.11.2012 - 17:58
Azərbaycan futbolunda biabırçılıq!
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda qalmaqal baş verib. Apasport.az saytının xəbərinə görə, MOİK və “Qaradağ-Lökbatan” komandaları arasında keçirilən görüşün sonunda dava düşüb.

Belə ki, “Qaradağ-Lökbatan”ın prezidenti Tahir Mustafayev matçın baş hakimi Anar Niyazova idarəçiliyinə görə etirazını bildirib. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Hadisəyə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları Mustafayevi polis bölməsinə aparıblar.

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məsələ ilə bağlı apasport.az saytına açıqlamasında qalmaqalın baş verdiyini təsdiqləyib.