Mahmudov “Spartak”ın əsas heyətində
11.11.2012 - 00:05
Moskva "Spartak"ının azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov bu gün əvəzedicilərin Rusiya çempionatının oyununda çıxış etməyib. Apasport.az xəbər verir ki, buna səbəb 20 yaşlı futbolçunun Unay Emeri tərəfindən "Krasnodar"la görüşə çağırılmasıdır.
"Spartak" - "Krasnodar" matçı noyabrın 11-də Moskvada keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:15-də başlanır.
Qeyd edək ki, Mahmudov Pisarev tərəfindən Rusiya U-21 yığmasına dəvət alıb və noyabrın 14-də Slovakiya ilə görüşəcək.

0
0