Azərbaycan derbisi baş tutmayacaq
11.11.2012 - 00:48
Bu gün Türkiyə çempionatının 1-ci liqasında 11-ci turun oyunları keçiriləcək. Apasport.az xəbər verir ki, Rail Məlikovun formasını geydiyi "Dənizlispor" Kayseridə Cihan Özkaranın çıxış etdiyi "Ərciyəsspor"la görüşəcək. Amma Cihan hazırda milli komanda ilə birgə Şimali İrlandiyada olduğundan, azərbaycanlı futbolçular qarşı-qarşıya gələ bilməyəcəklər. Məlikovun start heyətində meydançaya çıxacağı gözlənilir.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq
Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq
0
0