"Arsenal" bərbad vəziyyətdədir, Arşavin isə özünə gəlir
11.11.2012 - 01:33
London "Arsenal"ı son 30 ildə Premyer Liqada ən pis nəticəsini göstərib. Apasport.az xəbər verir ki, 11-ci turda "Fulhem"lə heç-heçə oynayan "topçular" xalını 16-ya yüksəldib. Bu da 1982-ci ildən bu yana londonluların çempionata ən pis başlanğıcıdır. Sonuncu dəfə 1982-ci ildə "Arsenal" 11 matça 14 xal toplamışdı.
Rusiya yığmasının forvardı Andrey Arşavin isə "Fulhem"lə görüşdə cəmi 5 dəqiqə meydanda olsa da, uğurlu oyunu ilə yadda qalıb. 32 yaşlı futbolçu 85-ci dəqiqədə meydançaya çıxıb və əlavə edilmiş 5-ci dəqiqədə penalti qazanıb. Amma Mikel Arteta bu zərbədən yararlana bilməyib.

0
0