15 il sonra
11.11.2012 - 01:56
İtaliya A seriyasında 12-ci tura bu gün start verildi. Apasport.az saytının məlumatına görə, səfərdə "Peskara"nın qonağı olan lider "Yuventus" bir həftə ərzində ikinci böyükhesablı qələbə qazanıb. Antoni Kontenin komandası A seriyasının debütantını 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Fabio Kvalyarella het-trik edib, Arturo Vidal, Sebastyan Covinko və Kvadvo Asamoa isə digər qollara imza atıblar. "Peskara"nın yeganə qolunu Emanuele Kaşone Buffonun qapısından keçirib.
Qeyd edək ki, bu, "Yuventus" son 15 ildə ilk dəfə bir A seriyası matçında rəqibinin qapısından 6 top keçirir. Sonuncu dəfə "Qoca Sinyora" 1997-ci ildə səfərdə "Milan"a 6:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu, "Yuventus" son 15 ildə ilk dəfə bir A seriyası matçında rəqibinin qapısından 6 top keçirir. Sonuncu dəfə "Qoca Sinyora" 1997-ci ildə səfərdə "Milan"a 6:1 hesabı ilə qalib gəlmişdi.
0
0