“Uğurla çıxış etməkdə özümüz daha çox maraqlıyıq”
11.11.2012 - 16:28
“Uğurla çıxış etməkdə özümüz daha çox maraqlıyıq”
“Səmərəli tədbir oldu. Fanklublar dəvət etdilər, biz də onlarla görüşə böyük məmnuniyyətlə gəldik. Sağ olsunlar, turnir cədvəlində sonuncu pillədə olsaq da, komandaya dəstək nümayiş etdirirlər. Futbolçulara ruh verirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gənc çalışdırıcı “Gələcəyə Körpü” fanklubunun ofisində azarkeşlər və “Kəpəz” klubunun üzvləri arasında keçirilən görüşə münasibət bildirib. Qurbanov Gəncə təmsilçisinin rəsmi saytına açıqlamasında azarkeşlərə minnətdarlıq edib: “Onların təklif və iradlarını dinlədik. Fanatlar haqlıdılar, nəticə istəyirlər. İnanın ki, uğurla çıxış etməkdə özümüz daha çox maraqlıyıq. Baş məşqçi olaraq görüşdən razı qaldım. Görüşü təşkil edənlərə sağ ol deyirəm”.

Qeyd edək ki, “Kəpəz” 12 turdan sonra 9 xalla turnir cədvəlində sonuncudur.