AZAL-da üç itki
11.11.2012 - 21:08
AZAL-da üç itki
Noyabrın 12-də "İnter"lə yoxlama görüşündə üz-üzə gələcək AZAL hazırlıqları davam etdirir. Apasport.az xəbər verir ki, "təyyarəçilər" bu görüşdə üç nəfərin xidmətindən istifadə edə bilməyəcək. Bunlar zədəli Elşən Məmmədov, yığma komandadan xəstə dönən Aqil Nəbiyev və hələ də İspaniyadan qayıtmayan Xuan Fransiskodur. Məmmədov və Nəbiyev fərdi məşqlərlə kifayətlənirlər. İspan müdafiəçi isə yalnız sabah komandanın düşərgəsində olacaq.