Azərbaycanlı futbolçu bir həftəlik sıradan çıxdı
11.11.2012 - 21:16
Rusiya çempionatının 15-ci turunda "Anji"ni qəbul edən və matçdan 1:1-lik bərabərliklə ayrılan Moskva "Lokomotiv"inin əsas futbolçularında biri sıradan çıxıb. Apasport.az saytı xəbər verir ki, söhbət Rusiya yığmasının azərbaycanəsilli futbolçusu Aleksandr Səmədovdan gedir. Yarımmüdafiəçi oyundan sonra topuğundakı ağrılardan şikayət edib. Həkimlərin diaqnozuna görə Səmədov bir həftə meydançaya çıxa bilməyəcək.
0
0