"Qalatasaray"a Mersin şoku
11.11.2012 - 21:35
"Qalatasaray"a Mersin şoku
Türkiyə Superliqasının 11-ci turu bu gün keçirilən oyunlarla davam edir. Apasport.az xəbər verir ki, səfərdə "Mersin İdman Yurdu" ilə görüşən "Qalatasaray" planlaşdırılmayan xal itkisi ilə üzləşib. Matç 1:1 hesabı ilə başa çatıb. Qonaqlar Marsio Nobrenin 11-ci dəqiqədə vurduğu qola 48-ci dəqiqədə Umut Bulutla cavab veriblər.

Bu heç-heçədən sonra "Cim-Bom" xalını 22-yə yüksəldib və "Antalyaspor"la ilk iki yeri bölüşdürür.