"Neftçi"nin daha bir rəqibindən qələbə
11.11.2012 - 21:55
"Neftçi"nin daha bir rəqibindən qələbə
"Neftçi"nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri - "Partizan" bu gün Serbiya çempionatında növbəti matça çıxıb. Apasport.az xəbər verir ki, "ağ-qaralar" öz meydançasında "Radniçki" ilə qarşılaşıb və rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qollara 24-cü dəqiqədə İvan İvanov, 50-ci dəqiqədə isə Lazar Markoviç imza atıblar.

Bu qələbə ilə "Partizan" 12 oyundan sonra xallarının sayını 33-ə çatdırmaqla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi "Srvena Zvezda"nı 8 xal qabaqlayır.