Əfran İsmayılov hara keçəcək?
11.11.2012 - 22:04
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov klubla yollarını ayırıb. Apasport.az saytının xəbərinə görə, 22 yaşlı futbolçu bu gün klub rəhbərliyi ilə söhbətindən sonra Ağdam klubunu tərk etmək qərarına gəlib. Nə futbolçu, nə də "Qarabağ" bununla bağlı hələ ki rəsmi açıqlama verməyiblər.
Klubla mövsümün sonuna qədər müqaviləsi olan İsmayılovun "Qarabağ"ı azad agent kimi tərk edəcəyi və yerli klublardan biri ilə anlaşacağı gözlənilir.
Klubla mövsümün sonuna qədər müqaviləsi olan İsmayılovun "Qarabağ"ı azad agent kimi tərk edəcəyi və yerli klublardan biri ilə anlaşacağı gözlənilir.
0
0