Emin Mahmudov Premyer Liqada debüt etdi
11.11.2012 - 22:12
Emin Mahmudov Premyer Liqada debüt etdi
Rusiya çempionatının 15-ci turunda "Krasnodar"ı qəbul edən Moskva "Spartak"ı rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Apasport.az saytının verdiyi məlumata görə, 55-ci dəqiqədə Ari, 88-ci dəqiqədə isə Dmitri Kombarovun vurduğu qollarla qələbə qazanan "ağ-qırmızılar"ın bu zəfərində azərbaycanlı futbolçu Emin Mahmudov da iştirak edib. 20 yaşlı yarımmüdafiəçi matçın 90-cı dəqiqəsində isveçli Kim Çelstremi əvəzləyib. Bu, Mahmudovun cari mövsümdə Premyer Liqada debütüdür.