Vladimir Dyadyun: "Neftçi" ilə oyundan sonra özümüzə gəlmək çətin oldu"
11.11.2012 - 23:05
"Rubin"in forvardı Vladimir Dyadyun komandasının "Krılya Sovetov"la matçından sonra (2:0) açıqlamasında "Neftçi" ilə görüşə toxunub. Apasport.az saytı xəbər verir ki, "NTV+" telekanalına müsahibə verən futbolçu tam bərpa olunmadıqlarını söyləyib: "Bu matç gərgin alındı. "Neftçi" ilə qarşılaşmada xeyli emosiya sərf etdik. Üçüncü gün özümüzə gəlmək çətin oldu. Yaxşı ki, bu gün də qələbə qazandıq".
0
0