Gökdəmir 69 dəqiqə oynadı, komandası 7 qol vurdu
12.11.2012 - 01:11
Gökdəmir 69 dəqiqə oynadı, komandası 7 qol vurdu
Azərbaycan yığmasının futbolçusu Əli Gökdəmirin çıxış etdiyi "Hannover 96 II" Almaniya Regionalliqasında növbəti matça çıxıb. Apasport.az xəbər verir ki, "Sankt-Pauli"nin ikinci komandasını qəbul edən "96-lar" rəqibini darmadağın edib - 7:0. Millimizin üzvü oyuna start heyətində çıxıb və 69-cu dəqiqədə, hesab 5:0 olarkən, yerini Mayk Karvota verib.

Qeyd edək ki, Gökdəmir bu gün Belfasta - Azərbaycan yığmasının düşərgəsinə yollanacaq.