Yığmamızın sabiq üzvü qışda futbol oynamaq istəmir
12.11.2012 - 01:29
"Anji"nin hücumçusu Şamil Lahiyalov Rusiya çempionatının dekabra təyin olunmuş turlarının keçirilməyəcəyinə ümidlidir. Apasport.az xəbər verir ki, "Sovetski sport" qəzetinə açıqlamasında Azərbaycan U-18 yığmasının sabiq üzvü havaların soyuq olması ilə əlaqədar həmin matçların gələn ilə keçirilməsini istəyir: "Hələ ki, hava pis deyil. Mahaçqaladakı növbəti oyunumuz da az-çox əlverişli şəraitdə keçəcək. Amma sonradan Perm, Saransk, Sankt-Peterburqda nə olacağını təsəvvür belə eləmirəm. Ümid edirəm ki, dekabrdakı matçları növbəti ilə keçirərlər".
0
0