Sadıq Sadıqov: Əfranı kim əldən buraxar?
12.11.2012 - 11:58
Sadıq Sadıqov: Əfranı kim əldən buraxar?
“Biz Əfran İsmayılovla hələ ötən il də maraqlanırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Millimizin də üzvü olan Əfran İsmayılov uzun illərdi formasını geyindiyi “Qarabağ”dan ayrılmaq üzrədir.

24 yaşlı futbolçunun “Neftçi” klubuna keçəcəyi gözlənilir ki, bununla əlaqədar “ağ-qaralar”ın prezidentinin mövqeyini öyrənmək qərarına gəldik.

Sadıqov bildirib ki, İsmayılov rəhbərlik etdiyi komandanın maraq dairəsində olub: “Əfranı kim əldən buraxar? Sözün düzü, biz onunla ötən il maraqlanırdıq. Amma o zaman məlum oldu ki, futbolçunun “Qarabağ”la uzun müddətli müqaviləsi var.

Yaxşı futbolçudur. Özü də yerli, millinin üzvü. Amma səmimi deyirəm ki, onun “Qarabağ”dan ayrılmasını sizdən eşidirəm”.