“Durumumuz ilk növbədə komandada olanları narahat edir”
12.11.2012 - 12:21
“Durumumuz ilk növbədə komandada olanları narahat edir”
“Kəpəz”in üzvü Arman Feutçin komandasının vəziyyəti ilə bağlı açıqlama verib. Apasport.az saytının xəbərinə görə, legioner futbolçu çempionatda çıxışlarının qanedici olmadığı fikrindədir: “Hələlik komandanın mövqeyi ürəkaçan deyil. Amma məşqlərimizi böyük istəklə davam etdiririk. Qarşıdakı bütün oyunlara 3 xal istəyi ilə çıxıb vəziyyəti düzəltməyə çalışacağıq. İnanın ki, durumumuz ilk növbədə komandada olanları narahat edir”.

Qeyd edək ki, Arman bir müddət öncə zədələnib. Son 2 oyunda isə kamerunlu futbolçu iynələr hesabına meydana çıxıb. Fərdi halda məşqlər edən universal oyunçu hazırda komanda ilə birgə hazırlaşır: “Zədəm düzəlməyə doğru gedir. Həkimlər sağ olsunlar, yaxından kömək edir. Ciddi problem yoxdur. Artıq yaxşıyam demək olar”.