“Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi
12.11.2012 - 13:39
“Qarabağ”ın oyunlarının vaxtı dəyişdirildi
“Qarabağ”ın 2 görüşünün vaxtı dəyişdirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ölkə kubokunun 1/8 final mərhələsində, noyabrın 25-də “Kəpəz”lə baş tutmalı olan oyun 1 gün önə çəkilib. Səbəb isə Gəncənin digər təmsilçisi “Tərəqqi”nin eyni yarışda və meydanda qarşılaşmasının olmasıdır.

Bu, ağdamlıların Topaz Premyer Liqasındakı qarşılaşmasının da təsir göstərib. Nəticədə “Qarabağ” – “Turan” matçı da noyabrın 28-dən 27-nə keçirilib.