Beto oynayanda...
12.11.2012 - 13:59
“Xəzər Lənkəran”la yolları ayrılan Betonun karyerası heç 2 ay çəkməyib. Apasport.az saytının məlumatına görə, braziliyalı forvard klub üçün düşərli futbolçu olmayıb. Bunu statistika da təsdiqləyir.
Tam adı Andre Roberto Soares da Silva olan hücumçu çempionatımızda debütünü əzəli rəqib “Neftçi”yə qarşı edib. Bakıxanovda keçirilən görüşdə meydan sahibləri qalib gəlib. Beto cənubluların 1:2 hesabı ilə yenildiyi həmin oyunda fasilədən sonra Elnur Abdullayevin yerinə meydana daxil olub.
Ümumiyyətlə, çempionatda meydana çıxdığı 5 matçda 90 dəqiqə üzü görməyən hücumçu heç bir dəfə fərqlənməyi də bacarmayıb (oyuncu yalnız “Kəpəz”lə oynanılan yoldaşlıq görüşündə qapı torunu iki dəfə silkələyib). Beto meydanda olduğu 175 dəqiqə ərzində “Turan”la oyunda 1 sarı vərəqə almaqla yadda qalıb.
Maraqlı məqam isə bundan ibarətdir ki, Beto oynadığı görüşlərdə “Xəzər Lənkəran” qələbə üzünə həsrət qalıb. Ancaq ehtiyatda qaldığı 3 matçda cənublular inamlı qələbə qazanıb. Bu üzdən “Xəzər Lənkəran”ın komandaya xeyir verməyən futbolçunu erkən yollama qərarını başa düşmək olar.
Xatırladaq ki, Beto ötən mövsüm “Mersin İdman Yurdu”nda çıxış edirdi.
15.09.12 Neftçi – Xəzər Lənkəran - 1:2 (45 dəqiqə oynayıb)
20.09.12 Xəzər Lənkəran – Simurq – 0:2 (45 dəqiqə oynayıb)
29.09.12 Turan – Xəzər Lənkəran – 2:1 (45 dəqiqə oynayıb, 25-ci dəqiqədə hakimə etiraza görə sarı vərəqə alıb)
03.10.12 AZAL – Xəzər Lənkəran – 0:2 (ehtiyatda qalıb)
21.10.12 Xəzər Lənkəran – Qəbələ - 1:1 (20 dəqiqə oynayıb)
27.10.12 Xəzər Lənkəran – Qarabağ – 2:0 (ehtiyatda qalıb)
31.10.12 Sumqayıt – Xəzər Lənkəran – 1:1 (20 dəqiqə oynayıb)
04.11.12 Xəzər Lənkəran – Rəvan 4:0 (ehtiyatda qalıb)

0
0