4 futbolçu “Qəbələ”dən kənarda
12.11.2012 - 14:48
4 futbolçu “Qəbələ”dən kənarda
Topaz Premyer Liqasının XIII turu çərçivəsində noyabrın 19-u doğma divarlar arasında “Kəpəz”lə üz-üzə gələcək “Qəbələ” gündəlik iki məşqlə hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, noyabrın 8-də start verilən təlim-məşq prosesində 4 futbolçu iştirak etmir.
Bunlar Aleksandr Çertoqanov, Anar Nəzirov, Ürfan Abbasov və Deyan Kelhardır. Çertoqanovla Nəzirov yığma, Abbasov U-21 və Kelhar Sloveniya millisinin düşərgəsində olduğundan, hazırlıqlarda iştirak etmir.