“Neftçi” “vosmoy”a köçdü
12.11.2012 - 17:23
“Neftçi” “vosmoy”a köçdü
Topaz Premyer Liqasında XIII turun oyunlarının başlama günü və keçirilmə yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalardan 1-i Qəbələdə, digərləri Bakıda olacaq.

Belə ki, tura noyabrın 17-də 8 km stadionunda “Neftçi” – “Sumqayıt” görüşü ilə start veriləcək. Səhəri gün 3, noyabrın 19-da isə 2 görüş keçiriləcək. Tur “Rəvan” – AZAL matçı ilə başa çatacaq.

17 noyabr (şənbə)
15:00. “Neftçi” – “Sumqayıt”
8-ci km.stadionu

18 noyabr (bazar)
14:00. “Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. “Qarabağ” – “Simurq”
T.Bəhramov adına Respublika stadionu

18:00. “İnter” – “Turan”
“Şəfa” stadionu

19 noyabr (bazar ertəsi)
14:00. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

16:00. “Rəvan” – AZAL
Bayıl Arena stadionu