Mingəçevirdə “Simurq” güldü
12.11.2012 - 17:27
Bu gün Mingəçevirdə “Kəpəz”lə “Simurq” arasında keçirilən yoxlama oyunundan Zaqatala təmsilçisi qələbə ilə ayrılıb. Apasport.az saytının xəbərinə görə, hesabı da məhz zaqatalalılar açıb.
“Simurq”un serbiyalı forvardı Nenad Stoyanoviç komandasının ilk qolunu vurub. Ancaq 33-cü dəqiqədə “Kəpəz” hesabı bərabərləşdirib. Makedoniyalı yarımmüdafiəçi Buyamin Asaninin cərimə zərbəsindən vurduğu qoldan sonra komandalar fasiləyə bərabərliklə yollanıb. Bununla belə, ikinci yarı başladıqdan təxminən 5 dəqiqə sonra Murad Səttarlı “Simurq”u hesabda yenidən önə keçirib. Görüş məhz bu nəticə ilə də başa çatıb.

0
0