“İnter” AZAL-a 5 qol vurdu
12.11.2012 - 20:47
“İnter” AZAL-a 5 qol vurdu
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən komandalar yoxlama görüşündə qüvvəsini sınayıblar. Apasport.az saytının xəbərinə görə, çempionatın lideri “İnter” “Şəfa” stadionunda AZAL-la qarşılaşıb.

7 qolun vurulduğu oyunda “bankirlər” 5:2 hesablı qələbə qazanıblar. “İnter”in heyətində hərəyə 2 dəfə Baçana Sxadadze və Nizami Hacıyev, bir dəfə isə Tales Şuts fərqlənib. AZAL-ın qollarına isə Junior Aulton və Andrius Veliçko imza atıb.