“Çətin olacaq, amma Azərbaycan millisini məğlub etməliyik”
13.11.2012 - 00:01
“Çətin olacaq, amma Azərbaycan millisini məğlub etməliyik”
Şimali İrlandiya yığmasının baş məşqçisi Azərbaycanla oyun ərəfəsində fikirlərini bölüşüb. Apasport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Maykl O’Nil millimizlə görüşdə yalnız qələbəni düşünür: "Portuqaliyadakı çıxışımız bizə özünəinam və əminlik verdi. Bununla belə, komanda Portuda 1:0 irəlidə ola-ola, son dəqiqələrdə gələn bərabərlik qoluna pərişan oldu. Reallıq odu ki, Portuqaliyadakı çıxışımız üstünə Azərbaycanla matçdakı yaxşı nəticəni də əlavə etməliyik. Çətin olacaq, amma üç xal qazanmağa məcburuq".