Andrey Şevçenko Ukrayna yığmasının baş məşqçisi olacaq?
13.11.2012 - 00:10
Andrey Şevçenko Ukrayna yığmasının baş məşqçisi olacaq?
Ukrayna Futbol Federasiyası Andrey Şevçenkoya yığma komandanın baş məşqçi postunu təklif edib. Apasport.az saytı federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, Bakı "İnter"in sabiq baş məşqçisi, UFF-nin prezidenti Anatoli Konkov "Milan"ın sabiq forvardının bu posta ən real namizəd olduğunu bildirib: "Andrey karyerası ərzində Kiyev "Dinamo"su, "Milan", "Çelsi" kimi klubların məktəbini keçib, Valeri Lobanovski, Karlo Ançelotti, Joze Mourinyonun rəhbərliyi altında çalışıb. Məncə, onun bu vəzifəni tutmaq üçün biliyi və xarakteri kifayətdir".