Lənkəranda oynamış futbolçu narkobizneslə əlaqədə günahlandırılır
13.11.2012 - 00:31
Lənkəranda oynamış futbolçu narkobizneslə əlaqədə günahlandırılır
Estoniyanın "Nomme Kalyu" klubunun futbolçusu Oliver Konsa narkobizneslə əlaqədə günahlandırılır. Apasport.az saytı Rusiya mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu noyabrın 12-də yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yerli prokurorluq artıq narkotik vasitələrdən qanunsuz istifadə maddəsi ilə cinayət işi qaldırıb.

Verilən məlumata görə, "Nomme Kalyu" klubu artıq futbolçu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırıb.

Qeyd edək ki, Estoniya yığmasında 20 matç keçirən Konsa bu il "Nomme Kalyu"nun heyətində "Xəzər Lənkəran"a qarşı keçirilən hər iki görüşdə meydançada olmuşdu.