AFFA-nın baş katibinin yeni müavini müəyyənləşdi
13.11.2012 - 01:10
AFFA-nın baş katibinin yeni müavini müəyyənləşib. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, 2007-ci ilin yayından assosiasiyanın baş katibi vəzifəsində çalışan Elxan Məmmədova artıq Sərxan Hacıyev yardımçı olur. Hacıyev Elxan Əsədovun gedişindən sonra bu posta fəaliyyət göstərir.
Hacıyev Orxan Hüseynzadənin gedişindən sonra AFFA-nın Beynəlxalq Departamentinə rəhbərlik edir. O, Məmmədovla birgə milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə rəsmi oyununu keçirəcəyi Belfastdadır.
Mehman SÜLEYMANOV
BELFAST

0
0