“Fənərbaxça” Robinyo üçün hərəkətə keçdi
13.11.2012 - 01:21
“Fənərbaxça” Robinyo üçün hərəkətə keçdi
"Fənərbaxça" "Milan"ın hücumçusu Robinyo ilə maraqlanır. Apasport.az saytının xəbərinə görə, Türkiyə mətbuatı klub rəhbərliyinin braziliyalı hücumçunun agenti ilə görüşdüyünü yazıb. İstanbul klubu Robinyonun keçidini qışda həll etmək fikrindədir.

Qeyd edək ki, bu mövsüm "Milan"ın heyətinə düşməkdə və qol vurmaqda çətinlik çəkən forvardı "Santos" da transfer etmək fikrindədir.