AZAL 5 futbolçunu əsas heyətdən kənarlaşdırdı
13.11.2012 - 01:35
Dünən “İnter”ə yoxlama görüşündə 2:5 hesabı ilə yenilən AZAL-ın baş məşqçisi radikal addımlara əl atıb. Apasport.az saytının aldığı məlumata görə, “təyyarəçilər”in çalışdırıcısı Vaqif Sadıqov 5 futbolçunu əvəzedici heyətə göndərib.
Bunlar Səbuhi Həsənov, Yasin Abbasov, Etibar Şahmərdanov, Rəhman Musayev və Orxan Səfiyaroğludur. Səbəb həmin futbolçuların "bankirlər"lə qarşılaşmada zəif çıxış etmələridir.
Qeyd edək ki, bu futbolçudan yalnız Şahmərdanov cari mövsüm cəmi 2 görüşdə meydanda olub.

0
0