Almaniya üçün Özil şoku
13.11.2012 - 02:22
Almaniya yığması Hollandiya ilə yoldaşlıq görüşü öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytı "Kikker"ə istinadla xəbər verir ki, Yoahim Löv bu qarşılaşmada Jerom Boatenq, Bastian Şvaynştayger, Miroslav Kloze və Toni Kroosla yanaşı, Məsut Özilin də xidmətlərindən yararlana bilməyəcək. Türk əsilli futbolçu "Real"ın "Levante" ilə son matçında zədələnib. Onların əvəzinə "bundestim"ə Luis Holtbi, Sven Bender və Sebastyan Yunq çağırılıblar.
Qeyd edək ki, Hollandiya - Almaniya matçı noyabrın 14-də "Amsterdam Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanır.
Qeyd edək ki, Hollandiya - Almaniya matçı noyabrın 14-də "Amsterdam Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanır.
0
0