“Azarkeşlərimizin də köməyi ilə Azərbaycanı məğlub etmək istəyirik”
13.11.2012 - 02:02
“Azarkeşlərimizin də köməyi ilə Azərbaycanı məğlub etmək istəyirik”
Şimali İrlandiya yığmasının futbolçusu Kris Brant Azərbaycanla matç öncəsi yerli mətbuata müsahibə verib. Apasport.az saytı xəbər verir ki, "Vest Bromviç"in yarımmüdafiəçisi bu görüşdə qələbə qazanmalı olduqlarını söyləyib: "Biz yaxşı nəticələr göstərdiyimiz günlərdə "Vindzor Park" bizim 12-ci oyunçumuz olub. Son bir neçə qarşılaşmada arena dolmayıb və bəlkə də biz buna görə nəticə qazana bilməmişik. Qələbə qazanmaq üçün hər dəfə yaxşı futbol oynamağa məcbur deyilsən. Amma azarkeşləri stadiona gətirmək üçün əlindən gələni etməlisən. İnanıram ki, onların da köməyi ilə Azərbaycanı məğlub edəcəyik".