"Arzum "Real"da oynamaqdır"
13.11.2012 - 04:20
Braziliya yığmasının forvardı Leandro Damiao Avropada transfer olunmaq istədiyi klubun adını açıqlayıb. Apasport.az saytı Britaniya mətbuatına istinadla xəbər verir ki, "İnternasyonal"da çıxış edən futbolçu Madrid "Real"ının adını çəkib: "Hər bir futbolçu bu kluba düşmək istəyər. Mənim üçün də "Real"da oynamaq bir arzudur. Amma indi 23 yaşım var və bu məqsədə çatmaq üçün vaxtım çoxdur. İndi Avropaya keçmək barədə düşünmürəm, bununla belə, bunun baş verəcəyu gün gəlib çıxacaq"
0
0