Terrinin sıraya nə zaman dönəcəyi bilinmir
13.11.2012 - 05:02
Terrinin sıraya nə zaman dönəcəyi bilinmir
"Çelsi"nin kapitanı Con Terri bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, "Çelsi"nin rəsmi "Twitter" səhifəsi "Liverpul"la matçda zədələnən kapitanın diz bağlarının zədələndiyini, amma zədənin o qədər də ciddi olmadığını yazıb: "Terri bir neçə həftəlik sıradan çıxıb. Bir neçə aylıq bərpa prosesi barədə deyilənlər həqiqətəuyğun deyi".