“Qaradağ-Lökbatan”ın prezidenti 5 oyunluq cəzalandı
13.11.2012 - 14:37
“Qaradağ-Lökbatan” klubunun prezidenti Tahir Mustafayev 5 oyunluq cəzalanıb. Apasport.az saytının xəbərinə görə, AFFA İntizam Komitəsi bu gün keçirdiyi iclasdan sonra belə qərar qəbul edib.
Belə ki, noyabrın 10-da I divizionu IX turunun MOİK – “Qaradağ-Lökbatan” matçı başa çatdıqdan sonra Tahir Mustafayev baş hakim Anar Niyazovu təhqir etdiyinə görə bu cəzaya məruz qalıb. Bundan başqa, bu hərəkətinə görə, klub 500 manat cərimə olunub.
Qərarın sonunda qəbul olunub ki, matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin. Çünki matçın protokolunda “Qaradağ-Lökbatan”ın futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilmişdir. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilib.

0
0