“Rasim Ramaldanov futbola güləşdən gəlib”
13.11.2012 - 18:00
“Rasim Ramaldanov futbola güləşdən gəlib”
"Rasim Ramaldanovdan çox razı qalmışam. Onun ilk dəfə millidə olduğunu nəzərə almaq lazımdır. Ramaldanov çox sadə oğlandır. Məndə belə məlumat var ki, o, futbola digər idman növündən - güləşdən gəlib. Buna gülmək lazım deyil. O, başqa idman növündən futbola köklənib. Rasimin sabah əsas heyətdə çıxmağa şansı böyükdür”. Apasport.az saytının xəbərinə görə, bu sözləri bu gün milli komandamızın baş məşqçisi Berti Foqts söyləyib.

Jurnalistlər bu gün keçirilən mətbuat konfransında alman çalışdırıcıya “Rubin”in maraq dairəsində olan Ruslan Abışovla da bağlı sual ünvanlayıb. O, futbolçunun Tatarıstan klubundan təklif aldığına sevindiyini bildirib: “Ruslana gəlincə, o, son zamanlar böyük addımlar edib. “Rubin” variantına çox sevindim. Gözəl futbolçudur, texnikalıdır. Oyunu yaxşı oxuyur, hara ötürmə vermək lazım olduğunu bilir. Bu, müdafiəçi üçün vacibdir. O, təkcə Rusiyada yox, İngiltərə və Almaniyada da oynaya bilər. Mən inanıram ki, Ruslanı Avropanın böyük klublarında görə biləcəyik”.