“Qarabağ” məşqə çıxmadı
13.11.2012 - 18:49
“Qarabağ” məşqə çıxmadı
“Qarabağ” sabah məşqlərini bərpa edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, noyabrın 18-də Topaz Premyer Liqanın XIII turunda “Simurq”la oynayacaqAğdam təmsilçisinin yarımçıq heyəti bu gün məşqə çıxmayıb.

Belə ki, 2 gün öncə “Bakı” ilə yoxlama oyunu keçirdikdən sonra dünən hazırlıq keçən Qurban Qurbanovun yetirmələri bu gün istirahət edib. Sabah Suraxanı qəsəbə stadionunda baş tutacaq məşq 11:00-a təyin olunub. “Qarabağ”ın DÇ-2014-ün seçmə mərhələsi ilə əlaqədar millinin düşərgəsində olan futbolçuları isə 2 gün sonra komandaya qoşulacaqlar.