Qələbə üçün 5 dəqiqə çatmadı - YENİLƏNİB
14.11.2012 - 16:55
Qələbə üçün 5 dəqiqə çatmadı - YENİLƏNİB
Noyabrın 9-dan Moldovada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri moldovalı həmyaşıdları ilə qüvvəsini sınayıb.

Bakı vaxtı ilə saat 15:00-da başlayan görüşdə komandamız qələbə qazanmağa yaxın olsa da, son 5 dəqiqədə üstünlüyünü əldən verib. Belə ki, Araz Abdullayevin 45-ci dəqiqədə vurduğu qola ev sahibləri 85-ci dəqiqədə Nikolay Milinçanunun dəqiq zərbəsi ilə cavab veriblər – 1:1.

Yoldaşlıq oyunu, U-21
Moldova – AZƏRBAYCAN - 1:1
QOL: Nikolay Milinçanu, 85 - Araz Abdullayev, 45
Hakimlər: Sergey Derenov, Oleq Molçanov, Anatoli Bodyan, Dmitri Martınyuk
Orhey. İdman Kompleksinin stadionu

MOLDOVA: 1. Aleksey Koşelyov, 2. Konstantin Tsurkan, 3. Maksimilian Modırka, 4. Konstantin Boqdan, 5. Sergey Matey, 6. Yevgeni Şvedul, 7. Yevgen Zasavitski, 8. Vadim Ratsa, 9. George Anton, 10. Yevgen Koçuk, 11. Nikolay Milinçanu
Ehtiyat oyunçular: 12. Vyaçeslav Voloşin, 13. Maksim Fokşa, 14. Valeri Tiron, 15. Vadim Oleynik, 16. Vasili Soltan, 17. Vladimir Rassulov, 18. Yevgeni Qorçaq
Baş məşqçi: Aleksandr Kurteyan

AZƏRBAYCAN: 22. Orxan Sadıqlı, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Ürfan Abbasov, 5. Elvin Yunuszadə, 6. Nicat Qurbanov, 7. Araz Abdullayev, 9. Tural İsgəndərov, 10. Abdulla Abatsiyev, 16. Ruslan Tağızadə, 19. Mirhüseyn Seyidov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 13. Cavid Tağıyev, 14. Amit Quluzadə, 17. Nurlan Novruzov, 18. Aleksandr Qross, 20. Slavik Alxasov, 21. Kərim Diniyev
Baş məşqçi: Bernhard Lippert