Millimiz qələbəni əldən verdi
15.11.2012 - 01:40
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşıb.
12 min 950 tamaşaçı tutumuna malik “Vindzor Park” stadionunda keçirilən görüşdə hər 2 komanda ilin son matçına çıxıb. Bu səbəbdən yığmalar cari ili uğurla başa vurmaq, seçmə mərhələdə ilk qələbəni əldə etmək istəsə də oyun sülhlə başa çatıb – 1:1.
Belə ki, meydan sahibləri evdə 5 oyunluq qalibiyyətsiz oyunlar seriyasına son qoymağa, həmyerlilərimiz isə səfər sindromunu qırmağa nail olmayıb. Düzdür, yığmamız Rauf Əliyevin erkən qolu ilə hesabı aça bilib. Uzun müddət öndə olan yığmamız yalnız matça əlavə edilən 6-cı dəqiqədə qol buraxıblar. Bununla da millimiz səfərdən 1 xalla dönüb.
DÇ-2014-ün seçmə mərhələsi
Şimali İrlandiya – AZƏRBAYCAN - 1:1
QOLLAR: Hili, 90+6 - Rauf Əliyev, 5
Hakimlər: Viktor Şvetsov, Aleksandr Kornıyko, Oleq Plujnik, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
UEFA nümayəndəsi: Tomas Qrimm (İsveçrə)
Belfast. “Vindzor Park” stadionu.
ŞİMALİ İRLANDİYA: Rey Kerroll, Daniel Lafferti, Aaron Hyuz, Kreyq Katkart, Qaret Makoli, Kris Beyrd, Din Şils, Stiven Devis, Şeyn Ferqyusson, Niall Makqinn, Kayl Lafferti.
AZƏRBAYCAN: Səlahət Ağayev, Maksim Medvedev, Ruslan Abışov, Vladimir Levin, Əli Gökdəmir, Rasim Ramaldanov, Cihan Özkara, Vüqar Nadirov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Rauf Əliyev.

1 | Rusiya | 4 | 4 | 0 | 0 | 8-0 | 12 |
2 | İsrail | 4 | 2 | 1 | 1 | 10-5 | 7 |
3 | Portuqaliya | 4 | 2 | 1 | 1 | 6-3 | 7 |
4 | Şimali İrlandiya | 4 | 0 | 3 | 1 | 3-5 | 3 |
5 | Azərbaycan | 4 | 0 | 2 | 2 | 2-6 | 2 |
6 | Lüksenburq | 4 | 0 | 1 | 3 | 2-12 | 1 |
0
0