Əvvəl Mərdəkan, ardınca Bayıl
14.11.2012 - 12:46
Əvvəl Mərdəkan, ardınca Bayıl
Topaz Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, komanda son məşqinə “Dalğa Arena”da çıxıb. Heyətdə zədəli futbolçu yer almır. “Sumqayıt” Bernhard Raabın rəhbərliyi altında bu gün saat 14:00-da Bayıl stadionunda növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk, U-21-lə Moldovada olan Slavik Alxasov və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev hazırlıq prosesinə nisbətən gec qatılacaq.