Şilz millimizə qarşı oynayıb-oynamayacağını bilmir
14.11.2012 - 13:52
“Klub üçün əlindən gələni edirsən və sonra bonus olaraq, millinin heyətinə çağırılırsan. Ancaq yığmaya dəvət alıb, oyuna kənardan baxmaq istəmirsən”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Din Şilz deyib.
Şotlandiyanın 3-cü dəstəsində çıxış edən “Reyncers”li hücumçu baş məşqçi Maykl O’Nillə birgə mətbuat konfransı keçirib.
27 yaşlı futbolçu millimizə qarşı oynayıb-oynamayacağını bilmədiyini söyləyib: “Bizim yaxşı heyətimiz var. Bu üzdən fərdi şəkildə deyə bilmərəm ki, Azərbaycana qarşı məni də oynadın. Mən Portuqaliya ilə matçda meydanda olmadım. Bu, baş məşqçinin seçimi idi. Müsbət nəticə qazandığımızdan, demək olar ki, çalışdırıcı düzgün qərar vermişdi”.

0
0