“Qarabağ” 1 məşqlə kifayətləndi
14.11.2012 - 16:20
“Qarabağ” 1 məşqlə kifayətləndi
“Qarabağ” hazırlıqlara başlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 18-də Topaz Premyer Liqasının XIII turunda “Simurq”u qəbul edəcək Ağdam təmsilçisi 1 günlük aradan sonra məşqlərini bərpa edib.

Milli oyunçular baxımından əskik çalışan “Qarabağ” günün tək hazırlığını Suraxanı qəsəbə stadionunda yerinə yetirib.

Qeyd edək ki, “Qarabağ”ın sabaha 2 məşqi nəzərdə tutulub.