Bernhard Lippert: Oyuna nəzarəti ağlasığmaz şəkildə əldən verdik
14.11.2012 - 18:35
“Birinci hissədə rəqibimizdən üstün oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan milliləri arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert deyib.
Almaniyalı mütəxəssis oyunu şərh edərkən bildirib ki, ikinci 45 dəqiqədə lazımı oyunu göstərə bilməyiblər: “Lakin fasilədən sonra oyuna nəzarəti ağlasığmaz şəkildə əldən verdik. Bu isə həddən artıq top itkisi və gücümüzün səmərəsiz qaydada sərf olunması ilə nəticələndi. Bir sözlə, heç bir beynəlxalq qarşılaşmada bu gün ikinci hissədə çıxış etdiyimiz kimi oynamaq olmaz”.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Mənbə: affa.az

0
0