Berti Foqts start heyətini açıqladı
14.11.2012 - 20:02
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində bu gün Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan yığmasının start heyəti bəlli olub. Apasport.az saytının Belfasta ezam olunan əməkdaşının məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq.
Müdafiənin mərkəzində Ruslan Abışovla Vladimir Levin, sağında Maksim Medvedev, solunda Əli Gökdəmir çıxış edəcək. Dayaq müdafiəçisi mövqeyində Rasim Ramaldanov oynayacaq.
Cihan Özkara yarımmüdafiənin sağ, Vüqar Nadirov isə sol cinahında yer alacaq. Rahid Əmirquliyevlə Cavid Hüseynov isə yeganə hücumçu kimi meydana çıxacaq Rauf Əliyevi topla təmin etməyə çalışacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı saat 23:45-də başlayacaq.

0
0