Rövnəq Abdullayev: Nəticə normaldır, gənclərdən razı qaldım
15.11.2012 - 01:54
AFFA prezidenti Rövnəq Abdullayev millimizin Şimali İrlandiya ilə oyunundan sonra fikrilərini bildirib. Apasport.az saytının Belfasta ezam olunan əməkdaşının xəbərinə görə, assosiasiya başçısı futbolçuların çıxışından razı qaldığını söyləyib: “Əlbəttə, qələbəni əldən verdik. Əlavə vaxtda yaxşı oynaya bilməsək də, nəticədən razıyam. Gənc futbolçulardan da razı qaldım. Nəticəni normal sayıram”.
Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan matçı 1:1 hesabı ilə nəticələnib.
Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan matçı 1:1 hesabı ilə nəticələnib.
0
0