Maykl O’Nill: Biz Azərbaycan yığmasından yaxşı oynadıq
15.11.2012 - 02:44
Maykl O’Nill: Biz Azərbaycan yığmasından yaxşı oynadıq
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla heç-heçə (1:1) oynayan Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nil oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, oyundan sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis nəticədən narazı qaldığını bildirib: "Nəticədən narazı qaldım. İkinci hissədə qol vurmaq üçün xeyli imkanlarımız oldu. Ancaq bunların yalnız birindən istifadə edə bildik. Azərbaycanı məğlub etmək gücündə idik. Lakin futbolçularımın buna ustalığı çatmadı. Bununla belə, rəqibdən daha yaxşı oynadıq. Artıq etiraf etməliyik ki, artıq qrupdan çıxmaq şansımız xeyli azalıb".